...

ARDNŞ qaz hasilatı həcminin ötənilki səviyyədə qalacağını proqnozlaşdırır

Energetika Materials 19 Aprel 2013 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu il sərbəst işlədiyi yataqlarda qaz hasilatı həcmini ötənilki göstəricilər səviyyəsində proqnozlaşdırır. Bunu cümə günü Trend-ə ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi deyib.

ARDNŞ ötən il təqribən 8,3 milyon ton neft hasil edib. 2011-ci ildə bu rəqəm 8,4 milyon ton olub. Öz növbəsində, şirkət ötən il 6,9 milyard kubmetrdən çox qaz hasil edib. 2011-ci ildə isə bu göstərici təqribən 7,1 milyard kubmetr təşkil edib.

"Bu il üçün hasilat həcmi ötənilki göstəricilər səviyyəsində proqnozlaşdırılır", - ARDNŞ nümayəndəsi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti