...

I Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransı iştirakçılarının plenar yığıncağı keçirilib (FOTO)

Energetika Materials 19 Aprel 2013 16:34 (UTC +04:00)
Aprelin 18-də Azərbaycan Dövlət Neft Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı və dəstəyi ilə təşkil olunan, ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş 1-ci Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransının proqramı çərçivəsində ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində tədbir iştirakçılarının plenar yığıncağı keçirilmişdir.
I Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransı iştirakçılarının plenar yığıncağı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Aprelin 18-də Azərbaycan Dövlət Neft Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı və dəstəyi ilə təşkil olunan, ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş 1-ci Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransının proqramı çərçivəsində ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində tədbir iştirakçılarının plenar yığıncağı keçirilmişdir.

İB-dən Trend-ə verilən məlumata görə, dünyanın bir çox ölkələrinin neft-kimya sahəsində çalışan nüfuzlu elm xa­dimlə­rinin, gənc alimlərin, kimya istehsalatı rəhbərlərinin, həmçinin "Azərikimya" İB-nin aparıcı mütəxəssislərinin iştirak etdiyi tədbirdə Azərbaycanın və xarici ölkələrin kimya və neft-kimya sahəsində nüfuz sahibi olan kimyaçıların, o cümlədən Qafqaz Universitetinin, "Azərikimya" İstehsalat Birliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Ali Neft Məktəbinin, "Petkim Petrokimya Holding" A.Ş.-nin, Bakı Dövlət Universitetinin, Türkiyənin Atatürk və Yıldız Texniki Universitetlərinin əmək­daş­larının məruzələri dinlənilmişdir.

İstehsalat-texnologiya, katalizatorlar və ekologiya, tullantıların utilizasiyası bölmələri üzrə "İlkin emal benzini fraksiyasının bitki yağı ilə birgə termiki çevrilməsi sayəsində olefinlərin alınması", "Kimya sənayesinin inkişafı və yeni texnologiyaların tətbiqi", "Bərk neft tullantıları əsasında polimer-bitum kompozis­iyasının alınması", "Sənayedə avadanlıqları ərpdən təmizləmək üçün tərkibin yaradılması", "Polimer tullantılarının ekoloji zərərsizləşdirilməsi" və s. məruzələr konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.

Məruzələr başa çatdıqdan sonra kimya və neft-kimyanın nəzəri və praktik məsələləri, fiziki və anali­tik kimyanın aktual problemləri, kimya sahəsində müasir elmi tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s. ilə bağlı dialoq və müzakirələr aparılmışdır.

Konfransın plenar yığıncağında "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç, Azərbaycanda yüksək elmi təhsil şəbəkəsi yaratmağa nail olmuş "Çağ öyrətim işlətmələri"nin rəhbərliyi və digər rəsmi qonaqlar, həmçinin respublikanın qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti