...

ARDNF aktivlərin ötənilki səviyyədə saxlanılmasını proqnozlaşdırır

Energetika Materials 23 Aprel 2013 13:56 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin sonuna aktivlərin həcminin ötən ilki səviyyədə saxlanılmasını proqnozlaşdırır.
ARDNF aktivlərin ötənilki səviyyədə saxlanılmasını proqnozlaşdırır

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir A. Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin sonuna aktivlərin həcminin ötən ilki səviyyədə saxlanılmasını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.

"Dünya bazarlarında neftin qiymətinin konyukturası saxlanılsa, biz aktivləri ilin başlanğıcındakı səviyyədə saxlaya bilərik, hərçənd büdcə defisitlə hazırlanmışdı", - Mövsümov qeyd edib.

2013-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri 2012-ci ilin başlanğıcı ilə (29,8 milyard dollar) müqayiəsə 14,5 faiz artaraq 34 129,4 milyon dollar təşkil edib. Aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-nin vəsaitləri 2013-cü ilin başlanğıcına nisbətən 0,6 faiz artaraq 34 325,7 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti