...

Azərbaycan neftinin qiymətləri aprelin 23-də azalıb

Energetika Materials 24 Aprel 2013 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 23-də 102,32 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü Trend-ə verilən məlumata görə, çərşənbə axşamı neftin qiymətləri bazar ertəsinə nisbətən 0,33 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 23-də 101,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,3 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 23-də 97,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 23-də 99,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti