...

Liviya və Azərbaycan enerji sahəsində bir sıra layihələr həyata keçirə bilərlər - nazir

Energetika Materials 25 Aprel 2013 20:30 (UTC +04:00)
Zəngin karbohidrogen ehtiyatlarına malik iki ölkə kimi, Liviya və Azərbaycan neft və qaz hasilatı sahəsində bir sıra layihələr həyata keçirə bilərlər.

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Tağıyeva/

Zəngin karbohidrogen ehtiyatlarına malik iki ölkə kimi, Liviya və Azərbaycan neft və qaz hasilatı sahəsində bir sıra layihələr həyata keçirə bilərlər. Bu barədə cümə axşamı Trend-ə Liviyanın əmək və reabilitasiya naziri Məhəmməd əl-Fituri Savalim deyib.

"Azərbaycan və Liviya dövlət və özəl sektor səviyyəsində neft-qaz hasilatı sahəsində əməkdaşlığın yüksək potensialına malikdirlər", - Savalim qeyd edib.

Onun sözlərinə görə, Liviya Azərbaycandan xüsusilə enerji sektoruna olan investisiyaları alqışlayır. Azərbaycanın Liviyada neft hasilatı, kəşfiyyatı və emalı sahəsində həyata keçirə biləcəyi bir sıra layihələr var.

Savalim qeyd edib ki, Liviyada neft emalı zavodlarının (NEZ) inkişafı və müasirləşdirilməsinə, eləcə də yeni NEZ-lərin tikintisinə ehtiyac var. Onunn sözlərinə görə, Azərbaycan şirkətləri bu sahəyə investisiya yatıra bilərlər.

O, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini də vurğulayıb.

"Ölkələr arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığın səviyyəsini yüksəltmək arzusu var", - o bildirib.

Nazir onu da qeyd edib ki, Liviya Azərbaycanın ərazi bütövlüyünü və rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyini dəstəkləyir.

"Azərbaycan Liviya kimi İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, buna görə də Liviyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsinə şübhə ola bilməz", - Savalim bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti