...

"SOCAR Petroleum Georgia" ödəniş sistemləri ilə tərəfdaşlığı genişləndirir

Energetika Materials 26 Aprel 2013 20:55 (UTC +04:00)
"Unicard" universal kartının sahibləri bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şikətinin (ARDNŞ) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) də xal toplaya biləcəklər.
"SOCAR Petroleum Georgia" ödəniş sistemləri ilə tərəfdaşlığı genişləndirir

Gürcüstan, Tbilisi, 26 aprel /Trend, müxbir N.Kirsxaliya/

"Unicard" universal kartının sahibləri bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şikətinin (ARDNŞ) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) də xal toplaya biləcəklər.

İstehlakçılara təkcə benzin və dizel deyil, eləcə də qaz təklif edən ARDNŞ Gürcüstanın neft məhsulları bazarının liderlərindən biridir.

Şirkətin Gürcüstanda 100-dən artıq YDM-i fəaliyyət göstərir.

Trend-in məlumatına görə, "Unicard"ın milyondan artıq istehlakçısı bundan sonra ARDNŞ-nin şəbəkəsindən istifadə edə və xal toplaya bilərlər.

"Unicard"da möhtəşəm yenilik - bizə ARDNŞ qoşulub. Gürcüstan bazarında iri şirkətlə tərəfdaşlığın başlanması irəliyə böyük addımdır. Əminəm ki, "Unicard"ın milyonlarla istehlakçısını neft məhsulları və qaz sektorunda belə zəngin seçim imkanı sevindirəcək", - "Unicard"ın direktoru Beso Abuladze deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti