...

Sabah bir sıra rayonlarda qaz olmayacaq

Energetika Materials 3 İyun 2013 19:45 (UTC +04:00)
Sabah Bakının Nəsimi, Sabunçu rayonları Sumqayıt şəhəri, Abşeron, Naftalan, Goranboy və Ucar rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah bir sıra rayonlarda qaz olmayacaq

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Sabah Bakının Nəsimi, Sabunçu rayonları Sumqayıt şəhəri, Abşeron, Naftalan, Goranboy və Ucar rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, 4 iyun 2013-cü il tarixdə saat 10:00-dan 15:00-dək "Nəsimi-Yasamal" sərfölçmə qovşağından, saat 10:00-dan 18:00-dək "Sumqayıt" qazpaylayıcı stansiyasından qidalanan "Şəhər qazı-1" orta təzyiqli qaz kəmərində, "Ucar" qazpaylayıcı stansiyasından, "Xırdalan" qazpaylayıcı stansiyasından qidalanan "Xırdalan-Mexkalon" orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək "Bakıxanov əhali" orta təzyiqli qaz kəmərində, saat 11:00-dan 18:00-dək isə "Goranboy" qazpaylayıcı stansiyasından Goranboy və Naftalan rayonlarına gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nəsimi rayonunun və Sumqayıt şəhərinin bir hissəsinə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə, Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə, Mexkalon adlanan yaşayış massivinə, Goranboy şəhərinə, Naftalan rayonunun bütün yaşayış məntəqələrinə və Ucar şəhəri də daxil olmaqla rayonun Qarabörk, Rəstəcə, Gəraybəyli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti