Azərbaycan, Bakı, 6 iyun /Trend/
"Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2677 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Qala Lay Dəstəsinə qazılmış quyu 2921-2903 metr intervaldan sutkalıq 30 ton neft və 42 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.