...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,54 milyona çatıb

Energetika Materials 7 İyun 2013 16:53 (UTC +04:00)
İyunun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 543 383-ə çatıb ki, bunların da 1 524 609-u əhali, 18 774-ü isə qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,54 milyona çatıb

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İyunun 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 543 383-ə çatıb ki, bunların da 1 524 609-u əhali, 18 774-ü isə qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin abonentlərin 675 467-si Bakı şəhəri (665 744 əhali, 9 723 qeyri-əhali abonenti), 867 916-sı isə regionların (858 865 əhali, 9 051 qeyri-əhali abonenti) payına düşür.

Ümumilikdə 1 543 164 abonent (99,99 faiz) sayğaclaşdırılıb ki, bunun da 1 524 390-ı əhali (99,99 faiz), 18 774-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 665 546 əhali abonenti (99,97 faiz), 9 723 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 858 844 əhali abonenti (100 faiz) və 9 051 qeyri-əhali abonenti (100 faiz). Bakı şəhəri üzrə cəmi 675 269 abonent (99,97 faiz), regionlar üzrə isə 867 895 abonent (100 faiz) sayğaclaşdırılıb.

1 iyun 2013-cü il tarixə olan məlumata əsasən, əhali abonentlərinin mənzillərində 751 mindən artıq "smart-kart" tipli sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti