...

Ukrayna və Azərbaycan Xəzər neftinin emalı üçün NEZ tikə bilər

Energetika Materials 13 İyun 2013 11:54 (UTC +04:00)
Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Staviçki və Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev əməkdaşlıq imkanlarını müzakirə edib.
Ukrayna və Azərbaycan Xəzər neftinin emalı üçün NEZ tikə bilər

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski və Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu barədə Trend "Giavnoe.ua" saytına istinadən xəbər yayıb.

Görüşü zamanı Azərbaycan və Ukrayna nazirləri Azərbaycan qazının Ukrayna NEZ-inə çatdırılması və onun Ukraynanın neft tranziti sisteminin istifadəsi ilə üçüncü ölkələrə tədarükünü nəzərdə tutan Avropa-Asiya neft tranziti dəhlizinin birgə layihəsinin davamının detallarını müzakirə ediblər.

Həmçinin Eduard Stavitski və Natiq Əliyev xüsusilə də Ukraynada LNG terminalının tikintisi və Ukraynanın AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsində iştirakına, Azərbaycan sıxılmış qazının Ukraynaya çatdırılması üzrə birgə layihələrin reallaşdırılmasına da toxunublar. Görüşdə Transanadolu qaz kəməri (TANAP) çərçivəsində Ukraynanın neft tranziti sisteminin istifadəsi ilə Azərbaycan qazının Avropaya tədarükü məsələləri və "SOCAR" brendi adı altında fəaliyyət göstərən YDM-in təmin olunması, Ukrayna gəmilərinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müxtəlif tipli yanacaqlarla təmini, o cümlədən Ukraynaya məxsus Qara dəniz sahilində Xəzər neftinin daha dərindən emalı üzrə neftayırma kompleksinin tikintisi məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti