...

ARDNŞ dövlət büdcəsinə ödənişi artırıb

Energetika Materials 14 İyun 2013 00:03 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin may ayında dövlət büdcəsinə 134 milyon 41 min manat vəsait ödəyib ki, bu da ötən ilin may ayına nisbətən 33 milyon 452 min manat və ya 133,3 faiz çox olub.
ARDNŞ dövlət büdcəsinə ödənişi artırıb

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin may ayında dövlət büdcəsinə 134 milyon 41 min manat vəsait ödəyib ki, bu da ötən ilin may ayına nisbətən 33 milyon 452 min manat və ya 133,3 faiz çox olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-may aylarında büdcəyə 652 milyon 912 min manat vəsait ödənib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 milyon 123 min manat və ya 126,1 faiz çox olub.

Bundan əlavə, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 326 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2013-cü ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 63 milyon 390 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti