...

Ağsu və Sabirabad rayonlarının daha 5 kəndinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 28 İyun 2013 16:25 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu rayonunun Muradlı, Təklə, Dəllər və Musabəyli kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə 31 568 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 284 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ağsu və Sabirabad rayonlarının daha 5 kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Ağsu və Sabirabad rayonlarının daha 5 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu rayonunun Muradlı, Təklə, Dəllər və Musabəyli kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə 31 568 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 284 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sabirabad rayonunun Bulduq kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 431 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 39 243,5 metr uzunluğunda olan müxtəlif diametrli polietilen və 25 269,7 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 431 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti