...

ARDNŞ Gürcüstanda irimiqyaslı xeyriyyə aksiyasına başladı

Energetika Materials 7 Noyabr 2013 16:26 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın bütün dini konfessiya strukturlarına məxsus obyektləri qazla pulsuz təmin etməyə başlayıb.
ARDNŞ Gürcüstanda irimiqyaslı xeyriyyə aksiyasına başladı

Gürcüstan, Tbilisi, 7 noyabr /Trend, müxbir N.Kirsxaliya/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın bütün dini konfessiya strukturlarına məxsus obyektləri qazla pulsuz təmin etməyə başlayıb.

Trend-in məlumatına görə, Gürcüstanın bütün ərazisində 200-dən çox kilsə, monastır, məscid və sinaqoq il ərzində pulsuz qaz alacaq. ARDNŞ bu xeyriyyə aksiyasının reallaşdırılmasına bir milyon laridən artıq vəsait xərcləyəcək.

Bu aksiyaya qədər Gürcüstan patriarxı II İlya və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti