...

Bakı Neft Emalı Zavodunun istehsalat qurğuları normal rejimdə istismar olunur

Energetika Materials 12 Noyabr 2013 15:45 (UTC +04:00)
ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun katalitik krekinq qurğusunda məhsuldarlıq 235-240 kubmetr-saatdır.
Bakı Neft Emalı Zavodunun istehsalat qurğuları normal rejimdə istismar olunur

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun katalitik krekinq qurğusunda məhsuldarlıq 235-240 kubmetr-saatdır.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, hidrotəmizləmə bölməsində isə məhsuldarlıq 310 kubmetr-saat təşkil edir.

K-306 propan kolonunun işə salınması ilə əlaqədar K-306, İD-314, HS-306/1-3, T-306, SD-306 aparatlarına daxili baxış keçirilib, yaranmış qüsurlar aradan qaldırılıb. 55 №-li qurğuda N-331/1,e və N-323/1,e nasosları, maye qazlar parkında isə propanın nəqli üçün nəzərdə tutulmuş N-8 və N-9 nasosları əsaslı şəkildə təmir olunaraq istismara verilib.

K-306 propan kalonunun işə buraxılması "Azərikimya" İB-nin neft-kimya sənayesi üçün qiymətli xammal olan propan-propilen fraksiyasının alınmasına şərait yaradacaq. Hazırda K-306 kolonunda PPF və BBF məhsulları yüksək keyfiyyətlə fraksiyalara ayrılır. Eyni zamanda, "Azərikimya" İB-nin Etilen-Polietilen zavoduna nəql olunan quru qazın keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə (quru qazın tərkibində olan H2S, CO və CO2 qarışıqlarının tutulması) 54 qurğunun bazasında doymuş MEA məhlulunun regenerasiya blokunun tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti