...

Hacıqabul rayonunun qazlaşdırılması tam başa çatıb

Energetika Materials 13 Dekabr 2013 13:33 (UTC +04:00)
Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hacıqabul rayonunun qazlaşdırılması tam başa çatıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Dekabrın 13-də Hacıqabul rayonunun Padar kəndinə təbii qaz verilməsi münasibəti ilə tədbir keçirilib.

Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) saytına istinadən xəbər verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 190 abonenti olan Padar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 50 000 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 190 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd olunub ki, Padar kəndinə təbii qazın verilməsi ilə rayonun qazlaşdırılması tam başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti