...

Ukraynanın enerji şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edir

Energetika Materials 3 Fevral 2014 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.Əliyev/

Ukraynanın "Lider Elektrik" şirkəti Azərbaycanda fəaliyyət göstərən sahibkarlara və işgüzar dairələrə əməkdaşlıq təklif edir. Bu barədə Trend İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, "Lider Elektrik" şirkəti elektrotexniki və kran avadanlıqlarının istehsalı və yüksək səviyyədə təmiri işlərini həyata keçirir. Şirkət qeyd olunan fəaliyyət sahəsi üzrə öz müəssisələri tərəfindən istehsal olunan məhsullar, o cümlədən göstərilən xidmətlər barədə geniş məlumatları əks etdirən kataloq və digər informasiyaları təqdim etməyə hazırdır.

Ətraflı məlumatı aşağıdakı ünvandan əldə etmək olar:

"Lider Elektrik" şirkətinin www.lider.com saytı
Əlaqələndirici şəxs: Dmitriy Adadurov [email protected]
Ünvan: 69076, Ukrayna, Zaporojye şəhəri, Novostroek küçəsi, 3.
telefon: + 380507613894, + 3806128869050

Məqalədə:
Xəbər lenti

Xəbər lenti