...

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Energetika Materials 4 Fevral 2014 16:53 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2591 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu istismara verilib

Azərbaycan, Bakı, 4 fevral /Trend/

"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2591 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2635-2620 metr intervaldan sutkalıq 30 ton neft və 6000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti