...

Kürdəmir rayonunun daha 2 kəndinə təbii qaz verilib

Energetika Materials 11 Fevral 2014 16:39 (UTC +04:00)
Bu gün Kürdəmir rayonunun Çöhranlı və Bağman kəndlərinə təbii qaz verilib.
Kürdəmir rayonunun daha 2 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu gün Kürdəmir rayonunun Çöhranlı və Bağman kəndlərinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 362 abonenti olan Çöhranlı və Bağman kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 52,9 kilometrə yaxın metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 362 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti