...

2014-cü ildə Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində əməliyyat xərcləri artacaq

Energetika Materials 13 Fevral 2014 11:54 (UTC +04:00)
2013-cü ildə Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 32,2 milyon ton neft (239 milyon barel) hasil ediblər.
2014-cü ildə Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində əməliyyat xərcləri artacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü ildə Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 32,2 milyon ton neft (239 milyon barel) hasil ediblər. 2012-ci ildə bu göstərici 32,9 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin cümə axşamı yaydığı 2013-cü ilin yekunları üzrə rəsmi hesabatda deyilir.

Ötən il AÇG yataqlar blokunda orta sutkalıq neft hasialtı 2012-ci ilin analoji dövründəki 664,4 min barelə qarşı 655,37 min barel təşkil edib.

2013-cü il ərzində AÇG layihəsinə 772 milyon dollar əməliyyat məsrəfləri və 2 milyard 833 milyon dollar əsaslı məsrəflər xərclənib.

2014-cü il üçün AÇG əməliyyatlarına 1 milyard 52 milyon dollar əməliyyat məsrəfləri və 2 milyard 68 milyon dollar əsaslı məsrəflər xərclənəcəyi gözlənilir.

AÇG bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. AÇG-də iştirak payları: BP - operator (35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti