...

2013-cü ildə "Şahdəniz" yatağında qaz hasilatı 2 milyard kubmetr artıb

Energetika Materials 13 Fevral 2014 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü il Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından 9,8 milyard kubmetr (təqribən 345,5 milyard kubfut) qaz və 2,48 milyon ton (təqribən 19.6 milyon barel) kondensat hasil edilib. 2012-ci ildə bu göstərici müvafiq olaraq, 7,73 milyard kubmetr qaz və 2 milyon ton kondensat olub. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin 2013-cü ilin yekunları üzrə hesabatında deyilir.

Ötən il yataqda gündəlik təxminən 26,8 milyon kubmetr (946 milyon standart kubfut) qaz və 53 740 barel kondensat hasil edilib.

2013-cü il ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə 200 milyon dollar əməliyyat xərcləri və 1 milyard 700 milyon dollar əsaslı xərclər çəkilib. 2014-cü il üçün bu rəqəmlərin müvafiq olaraq 200 milyon dollar və 4 milyard dollar olacağı gözlənilir.

2006-cı ilin sonlarından - "Şahdəniz"də hasilat başlanandan 2013-cü ilin sonunadək yataqdan bazarlara təqribən 47,3 milyard kubmetr (1 671 milyard standart kubfut) qaz və təqribən 12,6 milyon ton (99,5 milyon barel) kondensat ixrac edilib.

"Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti