...

Bu il BTC neft kəmərində əsaslı xərclər təqribən 60 faiz artacaq

Energetika Materials 13 Fevral 2014 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

2013-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində əsaslı xərclərə 75 milyon dollar xərclənib. 2014-cü il üçün əsaslı xərclərin 119 milyon dollar olması gözlənilir. Trend-in məlumatına görə, bu barədə BP-nin 2013-cü ilin yekunları üzrə hesabatında deyilir.

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2013-cü ilin sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 245,4 milyon ton (təxminən 1 milyard 835 milyon barel) xam neft Ceyhanda 2 390 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

2013-cü ildə BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 329 tankerə yüklənərək bazarlara yola salınıb.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir (443 kilometr Azərbaycan, 249 kilometr Gürcüstan, 1076 kilometr isə Türkiyə əraizindən keçir).

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti