...

Azərbaycanın qaz operatorunun strukturunda islahatlar davam edir

Energetika Materials 13 Fevral 2014 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat birliyinin xərclərinin optimallaşdırması məqsədi ilə Zaqatala Regional Qaz İstismar İdarəsi yaradılıb. Bu barədə cümə axşamı Trend-ə İB-dən bildirilib.

"Azəriqaz"dan deyildiyi kimi, bu, İB strukturunda aparılan islahatlar çərçivəsində yaradılan ilk idarədir.

Regional idarə Şəki, Zaqatala, Oğuz, Balakən və Qax qaz istismar sahələrini birləşdirir: "Həmin dəyişikliklər xərclərin optimallaşdırılması məqsədilə aparılır və gələcəkdə belə struktur islahatları davam etdiriləcək".

2013-cü ildə "Azəriqaz" İB əhali qrupundan olan istehlakçılara 2,2 milyard kubmetrdən artıq qaz satıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti