...

2014-cü ilin sonunadək "Şahdəniz" layihəsi çərçivəsində qaz hasilatı artırılacaq

Energetika Materials 14 Fevral 2014 07:00 (UTC +04:00)
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin operatoru olan Böyük Britaniyanın BP şirkəti 2014-cü ilin sonunadək yataqda sutkalıq maksimum hasilatı 70 milyon standart kubfut (2 milyon kubmetr) artırmağı planlaşdırır.
2014-cü ilin sonunadək "Şahdəniz" layihəsi çərçivəsində qaz hasilatı artırılacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin operatoru olan Böyük Britaniyanın BP şirkəti 2014-cü ilin sonunadək yataqda sutkalıq maksimum hasilatı 70 milyon standart kubfut (2 milyon kubmetr) artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə BP şirkətinin (texniki operator) 2013-cü ilin yekunları üzrə hesabatında deyilir.

Hazırda mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində "Şahdəniz" hasilat sisteminin gündəlik maksimum gücü 970 milyon standart kubfut qaz (27,7 milyon kubmetr) təşkil edir.

2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər (29,7 milyon kubmetr) çatdırılması planlaşdırılır.

"Şahdəniz" tərəfdaşları bu yaxınlarda 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri ARDNŞ ilə razılaşdırıb.

"Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti