...

ARDNŞ Rumıniyada bir neçə YDM istismara verib

Energetika Materials 14 Fevral 2014 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada öz brendi altında 4 avtomobil yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib. Bu barədə Trend ARDNŞ-nin Rumıniya nümayəndəliyinin saytına istinadən məlumat verir.

SOCAR brendi alıtnda olan yeni YDM-lər Buzeo, Fokşanı, Bakeu və Adjud şəhərlərində istismara verilib. Bununla da ARDNŞ-nin Rumıniyadakı YDM-lərinin sayı 24-ə çatıb.

ARDNŞ-nin Rumıniyada YDM şəbəkəsinin genişləndirilməsi üzrə işlər davam edir. Bu yaxınlarda Rumıniyanın bir neçə iri şəhərində YDM-lər istismara veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti