...

Azərbaycan neft hasilatı həcmlərini 45 milyon tonadək artırmaq niyyətindədir

Energetika Materials 21 Fevral 2014 16:24 (UTC +04:00)
Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda 43 milyon ton neft hasil olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdən əvvəl deyib.
Azərbaycan neft hasilatı həcmlərini 45 milyon tonadək artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda 43 milyon ton neft hasil olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdən əvvəl deyib.

N.Əliyev qeyd edib ki, Azərbaycanın əsas məqsədi hasilat həcmlərini sabit - 40-45 milyon ton səviyyəsində saxlamaqdır və bunun üçün zəruri işlər görülür.

Onun sözlərinə görə, ötən il 41 milyondan bir az artıq neft istehsal etmək planlaşdırılırdı, lakin faktiki həcmlər 43 milyon ton nefti ötdü.

Qaz hasilatı həcmlərinə gəlincə, nazir bildirib ki, bu məsələdə Azərbaycan böyük nəticələr əldə edib və ötən il hasilat həcmi 29 milyard kubmetr olub: "Gələcəkdə bu göstərici yüksələn xətt üzrə gedəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti