...

Rumıniyada SOCAR brendi ilə daha 2 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib (FOTO)

Energetika Materials 21 Fevral 2014 17:46 (UTC +04:00)
Fevralın 21-də Rumıniyanın Timişoara və Oradea şəhərlərində magistral və dairəvi yollar üzərində "SOCAR" brendi ilə fəaliyyət göstərən iki yeni yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.
Rumıniyada SOCAR brendi ilə daha 2 yanacaqdoldurma məntəqəsi istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/

Fevralın 21-də Rumıniyanın Timişoara və Oradea şəhərlərində magistral və dairəvi yollar üzərində "SOCAR" brendi ilə fəaliyyət göstərən iki yeni yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.

SOCAR-ın Rumıniya nümayəndəliyindən Trend-ə daxil olan məlumata görə, açılış mərasimlərində şəhərlərin icra hakimiyyətinin rəhbərləri, Rumıniyada yaşayan azərbaycanlılar, "SOCAR-Petroleum" şirkətinin əməkdaşları, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

"SOCAR-Petroleum" şirkətinin rəhbəri Həmzə Kərimov çıxışında bildirib ki, şirkət ötən il qarşısına qoyduğu investisiya layihələrini uğurla yerinə yetirib. Rumıniyanın Bakau, Kluj, Sibiu, Arad, Bistritsa və İaşi şəhərlərində yeni YDM-də tikinti işləri tam gücü ilə davam etdirilir. H.Kərimov şirkətin Buxarest və digər şəhərlərdə mövcud olan YDM şəbəkələrini genişləndirmək niyyətində olduğunu da diqqətə çatdırıb.

Timişoara və Oradea şəhərlərinin icra hakimiyyəti başçılarının müavinləri Miklos Arpad və Ovidiu Muresan regiona verdiyi önəmə, yeni iş yerlərinin açılmasına görə "SOCAR-Petroleum" şirkətinə minnətdarlıq edib, onun fəaliyyətini yüksək qiymətləndirib, gələcək layihələrinə uğurlar arzulayıblar.

Geniş torpaq sahəsinə malik yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının, həmçinin maye qazın satışı həyata keçiriləcək. Məntəqələrdə 3 sayğac quraşdırılıb, 4 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Burada, həmçinin market, "NAR" kafe fəaliyyət göstərəcək, müştərilərə 24 saat pulsuz internet xidməti təqdim olunacaq.

Bununla da Rumıniyada əhaliyə SOCAR brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-lərin sayı 25-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti