...

Azərbaycandan Gürcüstana ixracatın 80 faizindən çoxunu qaz təşkil edib

Energetika Materials 26 Fevral 2014 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar ayında Gürcüstan Azərbaycandan 40,31 milyon dollar dəyərində 195,79 ton neft ekvivalentində təbii qaz idxal edib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında deyilir.

Azərbaycan yanacağın bu növü üzrə əsas tədarükçüdür. Ölkənin Gürcüstana idxalın ümumi həcmində xüsusi çəkisi 86,24 faiz təşkil edir.

Hesabata görə, ümumilikdə yanvarda Gürcüstan 46,74 milyon dollar dəyərində təbii qaz idxal edib.

İllik hesablamada Gürcüstanın Azərbaycandan təbii qaz idxalının həcmləri 18,42 faiz (neft ekvivalentində 23,88 milyon ton) artıb. Müqayisə üçün: ötən ilin yanvar ayında Gürcüstan Azərbaycandan 34,04 milyon dollar məbləğində neft ekvivalentində 171,91 milyon ton yanacaq idxal edib.

Hesabat dövründə Azərbaycandan Gürcüstana idxalın ümümi həcmində qazın xüsusi çəkisi 82,98 faiz təşkil edib.

2014-cü ilin yanvar ayında Gürcüstan Azərbaycandan 48,58 milyon dollar məbləğində məhsul idxal edib. Göstərilən dövrdə Azərbaycandan Gürcüstana idxalın həcmi 0,9 faiz artıb. Müqayisə üçün: ötən ilin yanvarında Gürcüstan Azərbaycandan 48,15 milyon dollar məbləğində məhsul idxal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti