...

Azərbaycanda "Şahdəniz-2" çərçivəsindəki böyük podrat layihələrindən birinin həyata keçirilməsinə başlanıb

Energetika Materials 1 Aprel 2014 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində yaşayış bloku daxil olmaqla hasilat və texnologiya platformalarının üst modullarının tikintisi üzrə işlərə başlanılıb. Bu barədə çərşənbə axşamı Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, platformalar üçün üst modulların tikintisini "AMEC-Tekfen-Azfen" (ATA) konsorsiumu həyata keçirəcək. Platformaların üst modullarının tikintisi üzrə müqavilə çərçivəsində işlərə konstruksiyaların ayrı-ayrı detallarının doğranması və istehsalından başlanılıb.

Mənbə qeyd edib: "Bu gün ilk detalın kəsilməsinə başlanılıb və bununla da bu nəhəng layihə çərçivəsində üst tikilinin inşası üzrə işlərə start verilib".

Bununla yanaşı, ATA konsorsiumu müqavilə çərçivəsində nəzərdə tutulmiş işlərin bütün həcmini təmin etmək üçün tikinti sahələrinin genişləndirilməsi üzrə işləri davam etdirir.

Bir müddət əvvəl "Şahdəniz"in işlənməsi layihəsinin operatoru olan BP şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində ATA konsorsiumu ilə ümumi məbləği 974 milyon dollar olan müqavilə imzaladığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti