...

Dövlət Neft Fondunun "Şahdəniz" layihəsindən gəlirləri 1,7 milyard dolları ötüb

Energetika Materials 4 Aprel 2014 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.İsmayılov/

2014-cü il aprelin 1-nə olan məlumata görə, 2007-ci ildən etibarən Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin reallaşdırılmasından Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 1 712 milyon dollar təşkil edib. Bunu Trend-ə ARDNF-dən deyiblər.

Fonddan bildiriblər ki, 2014-cü il yanvarın 1-dən aprelin 1-dək Dövlət Neft Fonduna "Şahdəniz" layihəsi çərçivəsində 115,6 milyon dollar daxil olub.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

2014-cü il yanvarın 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 2013-cü ilin əvvəli (34 129,4 milyon dollar) ilə müqayisədə 5,1 faiz artaraq 35 877,5 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti