...

ARDNŞ Qaraçuxurda əhalinin təşvişinə səbəb olan odorant iyi ilə bağlı məlumat yayıb

Energetika Materials 8 Aprel 2014 14:05 (UTC +04:00)
ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Qaraçuxur qəsəbəsində yerləşən qazpaylayıcı stansiyasında rekonstruksiya və torpağın rekultivasiyası işləri aparılıb, ərazi SSRİ vaxtından yerin altında qalmış boru hissələri və dəmir qırıntılarından təmizlənib.
ARDNŞ Qaraçuxurda əhalinin təşvişinə səbəb olan odorant iyi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 8 aprel /Trend/

ARDNŞ-nin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Qaraçuxur qəsəbəsində yerləşən qazpaylayıcı stansiyasında rekonstruksiya və torpağın rekultivasiyası işləri aparılıb, ərazi SSRİ vaxtından yerin altında qalmış boru hissələri və dəmir qırıntılarından təmizlənib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, bu zaman yerin altında çoxdan qalmış köhnə odorant qabı üzə çıxıb və onun içində olan odorant qalıqlarının iyi ətrafa yayılıb.

Bu, əhali arasında qısamüddətli təşviş yaratsa da, görülmüş operativ tədbirlər nəticəsində insident aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti