...

“Socar Turkey LNG” Türkiyədə maye qazın alqı-satqısı üzrə lisenziya alıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 10 Aprel 2014 12:40 (UTC +04:00)
“Socar Turkey LNG” şirkəti Türkiyə ərazisində maye qazın alqı-satqısı, eləcə də maye qazın idxalı və təbii qazın ixracı üzrə lisenziya alıb.
“Socar Turkey LNG” Türkiyədə maye qazın alqı-satqısı üzrə lisenziya alıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.İsmayılov/

"Socar Turkey LNG" şirkəti Türkiyə ərazisində maye qazın alqı-satqısı, eləcə də maye qazın idxalı və təbii qazın ixracı üzrə lisenziya alıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) dərc etdirdiyi xəbərdə deyilir.

Məlumata görə, lisenziya 30 illik müddətə verilib.

Türkiyə energetika sahəsində Azərbaycanın mühüm tərəfdaşıdır. Xüsusilə, iki ölkəni Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri birləşdirir. Həmçinin Azərbaycan qazının Avropa bazarına çıxardılması çərçivəsində Avropa sərhədinə qədər qazın çatdırılmalarını təmin edəcək Trans-Anadolu qaz kəmərinin tikintisi planlaşdırılır.
Öz növbəsində, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə ayrıca bölmə kimi təmsil edilir və Türkiyənin "Petkim" iri neft-kimya kompleksinin şərikidir. Kompleksin xammalla təmin olunması üçün yeni neft emalı zavodu tikiləcək. "Petkim"in inkişafı çərçivəsində ərazidə həmçinin yeni elektrik stansiyasının tikintisi və konteyner limanının inkişafı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti