...

Rövnəq Abdullayev: Türkiyədə NEZ-in tikintisi layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar başa çatıb

Energetika Materials 12 Aprel 2014 12:53 (UTC +04:00)
ARDNŞ Türkiyədə "Star" yeni neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsində iştiraka aid olan banklarla danışıqları başa çatdırıb.
Rövnəq Abdullayev: Türkiyədə NEZ-in tikintisi layihəsinin maliyyələşdirilməsi üzrə danışıqlar başa çatıb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ Türkiyədə "Star" yeni neft emalı zavodunun (NEZ) tikintisi layihəsinin maliyyələşdirilməsində iştiraka aid olan banklarla danışıqları başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, aprelin sonunda Türkiyədə bu layihə çərçivəsində investisiya məsələləri üzrə qərarın yekunu ilə bağlı tədbir keçirmək planlaşdırılıb: "NEZ-in tikintisi layihəsi çərçivəsində işlər davam etdirilir, o cümlədən bütün torpaq işləri başa çatdırılıb".

Bu layihənin maliyyəşləşdirilməsinə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 475 milyon dollar ayrılıb.

ARDNŞ-nin Türkiyədə NEZ-nin tikintisi layihəsinin ümumi dəyəri 5 milyard dolları ötür.

NEZ-i 2017-ci ildə istismara vermək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti