...

Azərbaycan neftinin qiymətləri: 7-11 aprel həftəsinin yekunları

Energetika Materials 14 Aprel 2014 11:00 (UTC +04:00)
Trend-in məlumatına görə, 7-11 aprel həftəsində AZERI LT-nin qiyməti maksimum 110,38, minimum isə 107,87 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 7-11 aprel həftəsinin yekunları

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.İsmayılov/

Ötən həftə - 7-11 aprel tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 109,43 dollar/barel olub ki, bu da ötən həftənin göstəricisindən 1,4 dollar çoxdur.

Trend-in məlumatına görə, 7-11 aprel həftəsində AZERI LT-nin qiyməti maksimum 110,38, minimum isə 107,87 dollar/barel təşkil edib.

7-11 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 105,3 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,25 dollar çoxdur
7-11 aprel həftəsində URALS-ın qiyməti maksimum 106,31, minimum isə 103,88 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

7-11 aprel həftəsində "Brent Dated" növünün orta qiyməti 106,56 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,27 dollar çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 107,52, minimum isə 104,99 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti