...

2021-2024-cü illərdə Xəzər dənizində neft hasilatı ildə 200 milyon tona çata bilər

Energetika Materials 14 Aprel 2014 13:59 (UTC +04:00)
2021-2024-cü illərdə Xəzər dənizində neft hasilatı ildə 200 milyon tona, qaz hasilatı 270 milyard kubmetrə çata bilər.
2021-2024-cü illərdə Xəzər dənizində neft hasilatı ildə 200 milyon tona çata bilər

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2021-2024-cü illərdə Xəzər dənizində neft hasilatı ildə 200 milyon tona, qaz hasilatı 270 milyard kubmetrə çata bilər. Bu barədə "Xəzər dialoqu" beynəlxalq iqtisadi forumunda "LUKOYL"un Direktorlar Şurasının sədri Valeri Qrayfer bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTAR-TASS xəbər yayıb.

Qrayfer deyib: "Dəniz layihələri "LUKOYL" şirkəti üçün prioritetdir, o cümlədən də Xəzər dənizində. Baxmayaraq ki, biz Baltik dənizində, xaricdə Rumıniyada, Vyetnamda və digər ölkələrdə işləyirik. Fəaliyyətimizin əsas istiqamətləri neft hasilatının artırılması ilə yanaşı, kadrların hazırlanması, ekoloji vəziyyətə diqqət və avadanlıqların etibarlılığıdır".

"British Petroleum" şirkətinin qiymətləndirmələrinə görə, beş Xəzəryanı dövlətin sübut edilmiş neft ehtiyatları 30 milyard tona yaxın, yaxud dünyanın sübut edilmiş neft ehtiyatlarının 19 faizini, sübut edilmiş təbii qaz ehtiyatları 145 trilyon metr, yaxud dünyanın sübut edilmiş təbii qaz ehtiyatları göstəricilərinin 45 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti