...

"Neft Daşları" yatağında yeni quyu istifadəyə verilib

Energetika Materials 17 Aprel 2014 16:25 (UTC +04:00)
“Neft Daşları” yatağında 418a nömrəli estakadayanı meydançadan 2610 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları" yatağında yeni quyu istifadəyə verilib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

"Neft Daşları" yatağında 418a nömrəli estakadayanı meydançadan 2610 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyu 1065-1050 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti