...

Bəzi rayonlarda qaz olmayacaq

Energetika Materials 18 Aprel 2014 10:36 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bəzi rayonlarda qaz olmayacaq

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Azadkənd-İmişli" magistral qaz kəmərinin 86, 90,5 və 96-cı kilometrlərində və "Qazıməmməd-Qazax" I xətt magistral qaz kəmərinin 117, 117,2, 127,5 və 136,6-cı kilometrlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi, həmçinin "Göyçay-2" qazpaylayıcı stansiyasında kollektor üzərində yenidənqurma işləri ilə əlaqədar bu gün saat 18:00-dək Göyçay və İmişli rayonlarına, eləcə də Saatlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti