...

I rübdə Azərbaycanda 6 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal olunub

Energetika Materials 21 Aprel 2014 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin yanvar-mart aylarında Azərbaycanda 5,98 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu, 2013-cü ilin analoji dövründəki göstəricidən 4,1 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) cari ilin birinci rübünün yekunları üzrə hesabatında deyilir.

Məlumata görə, bu dövrdə istehsal olunan elektrik enerjisindən istilik elektrik stansiyalarının payına 5,73 milyard kilovat/saat düşüb ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 4,7 faiz çoxdur.

Yanvar-mart aylarında su elektrik stansiyalarında 247,6 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin müvafiq göstəricisindən 8,6 faiz azdır.

2013-cü ildə Azərbaycanda 20,63 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, 2012-ci ildəki göstəricidən 0,6 faiz çoxdur. Bu dövrdə istehsal olunan elektrik enerjisindən istilik elektrik stansiyalarının payına 19,26 milyard kilovat/saat düşüb ki, bu da 2012-ci ilin analoji dövründəki göstəricidən 2,7 faiz çoxdur.

Ötən il su elektrik stansiyalarında 1,37 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2012-ci ilin göstəricisindən 21,7 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti