...

Bakının bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 24 Aprel 2014 11:19 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakının bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektindən Xəlil Rza Ulutürk küçəsinə dönən hissədə "Azvirt" MMC tərəfindən yolun genişləndirilməsi işləri aparılan zaman diametri 315 mm-lik orta təzyiqli qaz kəmərinin zədələnməsi nəticəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:50-dən etibarən Nərimanov rayonunun böyük bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi məqsədi ilə saat 13:00-dan 15:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Sabunçu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti