...

XİN rəhbəri: İspaniya "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır

Energetika Materials 24 Aprel 2014 12:43 (UTC +04:00)
İspaniya "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo Azərbaycan-İspaniya biznes forumundan əvvəl bildirib.
XİN rəhbəri: İspaniya "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Əliyev/

İspaniya "Cənub Qaz Dəhlizi" layihəsində iştirakda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo Azərbaycan-İspaniya biznes forumundan əvvəl bildirib.

Nazir qeyd edib: "Azərbaycanda təxminən 30 İspaniya şirkəti çalışır. Əmtəə dövriyyəsinə və investisiyalara gəldikdə, bu, kifayət qədər cüzi rəqəmdir və bizə xüsusilə də enerji sahəsində və "Cənub Qaz Dəhlizi" layihəsində nəyin üzərində çalışmaq lazım gəldiyini göstərir".

Onun sözlərinə görə, Azərbaycan ilə İspaniya arasında əməkdaşlığın perspektivləri bununla məhdudlaşmır: "Nümayəndə heyətinin tərkibində turizm strukturunun nümayəndələri də var. İspaniyaya ildə 6 milyondan artıq turist gəlir və biz azərbaycanlı həmkarlarımızla turizm sahəsindəki təcrübəmizi bölüşməyə hazırıq".

"Cənub Qaz Dəhlizi" Avropaya karbohidrogenlərin çatdırılması mənbələrini şaxələndirməyə və öz enerji təhlükəsizliyini gücləndirməyə, Azərbaycana isə Avropanın simasında yeni bazar əldə etməyə imkan verəcək layihədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti