...

Bəzi rayonlarda qaz olmayacaq

Energetika Materials 28 Aprel 2014 10:19 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bəzi rayonlarda qaz olmayacaq

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Xızı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tərtər və Siyəzən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti