...

Azərbaycanın bəzi rayonlarına təbii qaz fasilələrlə veriləcək

Energetika Materials 29 Aprel 2014 10:35 (UTC +04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın bəzi rayonlarına təbii qaz fasilələrlə veriləcək

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qazpaylayıcı stansiyada baypas xəttinin quraşdırılması və daraldıcı qurğuların əvəzlənməsi ilə əlaqədar bu gün saat 17:00-dək Xaçmaz rayonunun bir hissəsinə təbii qaz fasilələrlə veriləcək.

Həmçinin qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar isə saat 12:00-dək Şabran rayonuna, Bərdə, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək isə Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti