...

Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumu işə başlayıb

Energetika Materials 30 Aprel 2014 18:27 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, iki gün davam edəcək tədbirdə ABŞ Konqresinin, müxtəlif ştatların nümayəndələr palatası və senatlarının, ABŞ Administrasiyasının üzvləri, elmi tədqiqat mərkəzlərinin nümayəndələri, Azərbaycanın dövlət qurumlarını təmsil edən şəxslər - Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Elşad Nəsirov, Xalik Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları iştirak edirlər.
Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumu işə başlayıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumu işə başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, iki gün davam edəcək tədbirdə ABŞ Konqresinin, müxtəlif ştatların nümayəndələr palatası və senatlarının, ABŞ Administrasiyasının üzvləri, elmi tədqiqat mərkəzlərinin nümayəndələri, Azərbaycanın dövlət qurumlarını təmsil edən şəxslər - Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri - deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Elşad Nəsirov, Xalik Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları iştirak edirlər.

Forum çərçivəsində keçirilən ilk sessiya "ABŞ-Azərbaycan münasibətləri: ticarətdə və investisiyalarda tərəfdaşlıq" mövzusuna həsr olunub. Sessiyada çıxış edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri S.Seyidov və Milli Məclisin deputatı A.Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin tarixi və son 22 ildə iki ölkə arasında yaranmış uğurlu əməkdaşlıqdan söz açıblar.

Birinci sessiyanın işində Vayominq ştatının Nümayəndələr Palatasının və Senatının üzvləri Devid Miller və Sisko MakSorli, Yuta ştatından Uilyam Deyvis və Lin Heminquey, Nyu-Meksikodan Debbi Rodella və Nora Espinoza, Texas ştatından Lens Quden, Arkanzas ştatından Coys Elliot və Conatan Barnet, Şimali Dakotadan Kori Mok, Cənubi Dakotadan Lens Rassel, İndianadan Brandt Herşman, Nyu-Hempşir ştatından Lenet Piterson, Vermont ştatından Cin O'Sallivan və Metyu Triber, Meyn ştatından Rocer Katz və Dennis Keşl, Tennessi ştatından Co Tauns iştirak ediblər.

S.Seyidova ABŞ-Azərbaycan tərəfdaşlığına həsr olunmuş bir sıra qətnamələr təqdim olunub.

Arkanzas ştatından konqresmen, bu ştatın Nümayəndələr Palatasının nəqliyyat məsələləri komitəsinin sədri C.Barnet çıxışında bildirib ki, Bakıya səfəri zamanı Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı onda gözəl təəssürat oyadıb. O, ölkəmizin iqtisadi uğurlarından danışaraq bildirib ki, Azərbaycan rəhbərliyi öz vətəndaşlarının, eləcə də regionun digər ölkələrinin rifahını yaxşılaşdırmağa çalışır.

Missisipi ştatının keçmiş qubernatoru (2004-2012-ci illər) Heyli Barbur çıxışında Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışaraq deyib: "Azərbaycan ilk qaz təchizatını səbirsizliklə gözləyən Avropa üçün Allahın nemətidir".

Missisipi administrasiyasının sabiq başçısı Azərbaycanda dini tolerantlığın əhəmiyyətini, habelə Azərbaycanın ABŞ üçün böyük əhəmiyyət daşıması barədə Amerika ictimaiyyətinin məlumatlandırılması baxımından Forumun rolunu xüsusi vurğulayıb.

ARDNŞ-nin dəstəyi ilə keçirilən Forum işini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti