...

Azərbaycanın enerji operatorunun aktivləri 7 milyard dolları ötüb

Energetika Materials 1 May 2014 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

2013-cü il dekabrın 31-nə olan məlumata görə, "Azərenerji" ASC-nin aktivləri təqribən 5,52 milyard manat olub. 2012-ci ildə bu rəqəm 5,33 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin maliyyə vəziyyəti haqqında rəsmi mətbuatda dərc edilən hesabatda deyilir.

Ötən il ASC-nin uzunmüddətli aktivləri 5,02 milyard manata çatıb (2012-ci ildə təqribən 4,89 milyard manat), qısamüddətli aktivləri isə 498,7 milyon manat (2012-ci ildə 442,48 milyon manat) təşkil edib.

Ötən ilin yekunları üzrə ASC-nin nizamnamə kapitalı 1,76 milyard manat təşkil edib və 2012-ci illə müqayisədə dəyişməz olaraq qalıb. Enerji operatorunun məcmu kapitalı isə 2,2 milyard manat (2012-ci ildə 2,02 milyard manat) təşkil edib.

2013-cü ilin yekunları üzrə enerji operatorunun uzunmüddətli öhdəlikləri təqribən 1,76 milyard manat olub. 2012-ci ildə bu rəqəm isə 1,93 milyard manat təşkil edib. Öz növbəsində, ASC-nin qısamüddətli öhdəlikləri təqribən 1,56 milyard manata (2012-ci ildə 1,39 milyard manat) çatıb.

2013-cü ilin yekunları üzrə ASC-nin gəlirləri 743,25 milyon manat (2012-ci ildə 749,9 milyon manat) olub. 2011-ci ildə isə bu göstərici 672,47 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə ASC-nin ümumi mənfəəti 84,59 milyon manat (2012-ci ildə 158,55 milyon manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti