...

ARDNŞ: Azərbaycan öz qazına Rusiya ilə rəqabət qismində baxmır

Energetika Materials 2 May 2014 12:21 (UTC +04:00)
Avropa bazarında Azərbaycan qazına Rusiyaya böyük rəqib qismində baxılmır, çünki ilkin mərhələdə Azərbaycanda Avropaya ixrac olunacaq qazın həcmləri o qədər də böyük olmayacaq.
ARDNŞ: Azərbaycan öz qazına Rusiya ilə rəqabət qismində baxmır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbirlər E.İsmayılov, A.Bədəlova/

Avropa bazarında Azərbaycan qazına Rusiyaya böyük rəqib qismində baxılmır, çünki ilkin mərhələdə Azərbaycanda Avropaya ixrac olunacaq qazın həcmləri o qədər də böyük olmayacaq.
Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov CNN telekanalına müsahibəsində "Şahdəniz" qaz kondensat yatağının işlənməsinin ikinci mərhələsi və "Cənub qaz dəhlizi" layihəsinə dair suala cavab verərkən bildirib.

ARDNŞ-nin vitse-prezidenti deyib: "Eyni zamanda, biz hesab edirik ki, Aİ ölkələrinə alternativ qaz tədarükü Avropaya enerji ixracının şaxələndirilməsi yollarında addım olacaq və bizim qazımızın Avropaya ixraca hazır olacağı dövrdəki tələblə təklif arasında balansı təmin etməyə imkan verəcək. Məqsədimiz Aİ-yə qaz ixracının şaxələndirilməsidir".

Onun sözlərinə görə, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olmasında maraqlıdır. Eyni zamanda, ölkə Gürcüstan, Rusiya və Türkiyə kimi qonşu ölkələrə qaz ixrac etməyə hazırdır: "Əgər Avropaya qaz ixracı kifayət qədər mənfəətli olarsa, onda biz həmin ölkələri əlavə qaz həcmləri ilə təmin edəcəyik".

Aİ ölkələrinə ixrac ediləcək qazın qiyməti barədə danışarkən Dövlət Neft Şirkətinin vitse-prezidenti bildirib ki, onlar danışıqlar əsasında deyil, bazarın tələblərinə uyğun olaraq müəyyən ediləcəklər.

"Cənub qaz dəhlizi" Avropaya karbohidrogenlərin çatdırılması mənbələrini şaxələndirməyə və öz enerji təhlükəsizliyini gücləndirməyə, Azərbaycana isə Avropanın simasında yeni bazar əldə etməyə imkan verəcək layihədir.

Qeyd edək ki, "Şahdəniz" layihəsinin tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP - operator (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti