...

Mayın 21-də Azərbaycan neftinin qiymətləri artıb

Energetika Materials 22 May 2014 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 114,16 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamıTrend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiymətləri çərşənbə axşamına nisbətən 1,15 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 21-də 113,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,06 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 21-də 108,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,26 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti mayın 21-də 111,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti