...

Azərbaycanda "Şahdəniz-2" çərçivəsində podrat layihələrindən biri üzrə işlər aktivləşdirilib

Energetika Materials 27 May 2014 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulması planlaşdırılan hər iki platformanın yuxarı modullarının tikintisi üçün zəruri detal və elementlərin istehsalı paralel aparılır. Bu barədə çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, platformalar üçün yuxarı modulların tikintisi "AMEC-Tekfen-Azfen" (ATA) konsorsiumu tərəfindən aparılır: "Konsorsium Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunda neft hasilatının artırılması layihəsi çərçivəsində quraşdırılmış "Qərbi Çıraq" platformasının yuxarı strukturunu tikintisini ötən il başa çatdırıb".

Platformaların yuxarı modullarının tikintisi çərçivəsində işlər bu ilin aprelində başlayıb. Mənbə bildirib ki, işlər əvvəllər nəzərdə tutulmiş müddətdən tez başlayıb və hazırda aktiv templə davam etdirilir.

Detal və elementlərin hazırlanması ilə yanaşı, hazırda istehsalat sahəsində tikinti-montaj işləri üçün zəruri olan bir neçə sex yaradılır.

Mənbə vurğulayıb ki, bütün işlər paralel aparılır: "İşin həcmi çox böyükdür ki, bu da cəlb edilən mütəxəssislərin sayının artırılmasını tələb edir. Platformaların yuxarı modullarının tikintisi çərçivəsində ümumilikdə təqribən 5 min mütəxəssisin cəlb edilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti