...

ARDNŞ Azərbaycanda mini YDM-lər layihəsini müəyyənləşdirir

Energetika Materials 27 May 2014 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü il ərzində Bakıda ARDNŞ brendi altında avtomatik mini avtomobil yanacaqdoldurma məntəqələrinin (YDM) tikinti layihəsinin variantını müəyyənləşdirəcək. Bunu çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Hazırda Azərbaycanda ARDNŞ-nin 16 YDM-i fəaliyyət göstərir, onlardan ikisi ölkənin şimalında, qalanı isə Bakıda yerləşir.

Mənbə qeyd edib ki, indiki mərhələdə mini YDM-lər şəbəkəsinin yaradılması layihəsi üzərində iş gedir: "Hələ konkret qərar qəbul edilməyib".

Mənbə daha əvvəl bildirmişdi ki, yeni YDM-lərin yerləşəcəyi ərazilərin müəyyənləşdirilməsi üzrə işlər aparılır, onların yaradılması variantları və YDM-lər üçün zəruri avadanlığın alınması məsələləri öyrənilir.

Mini YDM-lərin tikintisinin bir sıra üstünlükləri var. Onlar kiçik sahələrdə inşa edilir ki, bu da ənənəvi YDM-lərlə müqayisədə tikinti və montaj işlərinə çəkilən xərcləri azaldır, bundan başqa, operator olmadan yanacağı vermək imkanı yaradır, doldurma və ödəniş avtomatik həyata keçirilir və bu, nəticədə yanacağın doldurulması zamanı buraxılış qabiliyyətinin artmasına gətirib çıxarır.

Azərbaycanda SOCAR-ın standart YDM şəbəkəsinin genişləndirilməsi üzrə planlara gəlincə, mənbə vurğulayıb ki, bu sahədə (o cümlədən tikinti) hələ işlər aparılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti