...

"Azəriqaz" əhali sektoru üzrə 66 milyon kubmetrdən çox təbii qaz satıb

Energetika Materials 10 İyul 2014 16:55 (UTC +04:00)
“Azəriqaz” İB-də yığım səviyyəsi yüksək olaraq qalır
"Azəriqaz" əhali sektoru üzrə 66 milyon kubmetrdən çox təbii qaz satıb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

2014-cü ilin iyun ayı ərzində ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 66 549 555 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 151,4 faiz vəsait toplanıb.

Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2013-2014-cü illərin payız-qış mövsümündə tələbat artdığına görə əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib.

Həmin dövr ərzində yaranmış debitor borclar 2014-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir. Nəticədə cari ilin iyun ayı ərzində debitor borc 5,8 faiz azalıb.

Eyni zamanda, ötən ay qeyri-əhali sektoru üzrə 10 850 9517 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,3 faiz vəsait toplanıb.

2014-cü ilin 6 ayı ərzində ümumilikdə əhali sektoru üzrə 1 463 218 823 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 100,2 faiz, qeyri-əhali sektoru üzrə isə 997 776 888 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,1 faiz vəsait toplanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti