...

"Qaradağ" yatağında yeni quyu qazılır

Energetika Materials 22 Sentyabr 2014 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Qaradağ" yatağındakı 482 nömrəli qazvurma quyusunda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3350 metrdir.

482 nömrəli quyuya sutkalıq 80 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti