...

Bu ilin 9 ayı ərzində 130 çoxmərtəbəli binaya qaz verilib

Energetika Materials 9 Oktyabr 2014 15:26 (UTC +04:00)
2014-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 130 çoxmərtəbəli binaya qaz verilib.
Bu ilin 9 ayı ərzində 130 çoxmərtəbəli binaya qaz verilib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

2014-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 130 çoxmərtəbəli binaya qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyi 2014-cü ilin yanvar-sentyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 130 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 11306 ailə yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti